Gələn mövsüm Premyer Liqada çempionluğa iddia edəcək “Mançester Yunayted”də transfer siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, “qırmızı-şeytanlar”ın baş məşqçisi Lui van Qal 5 futbolçunun adını rəhbərliyə təqdim edib.
Hollandiyalı mütəxəssis müdafiənin mərkəzi üçün Dortmund “Borussiya”sından Mats Hummelslə “Atletik”li Eymerik Laportanın alınmasını istəyir. Müdafiənin sağ cinahına “Sauthempton”lu Natanyel Klayn transfer edilə bilər. Van Qal yarımmüdafiə xəttini “Roma”nın üzvü Kevin Strutman, hücumu isə PSJ-li Edinson Kavani ilə gücləndirmək fikrindədi.
Bundan əlavə, “Mançester Yunayted”dən ayrılacaq oyunçular da var. “Monako”dan icarəyə götürülən Radamel Falkao transfer edilməyəcək. Fil Cons, Conni Evans, Rafael, Kris Smollinq və Xavyer Ernandeslə isə yeni müqavilə imzalanmayacaq.