Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının final mərhələsində ilk matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Belçikada təşkil olunan yarışın C qrupunda çıxış edən komandamız Sloveniya ilə üz-üzə gələcək.
İlk qarşılaşmada İtaliyanı 3:2 hesabı ilə məğlub etməklə qrup lideri olan balkanlılarla matç yığmamız üçün əlamətdar olacaq. Belə ki, bu matç millimizin dünya və Avropa çempionatları çərçivəsində 50-ci oyunudur.
İndiyədək 3 dünya və 9 qitə birinciliyinə qatılan, 1 dəfə mundialın pley-off, 3 dəfə AVRO-nun final mərhələsinə yüksələn yığmamız bütün bu turnirlərdə 49 qarşılaşmaya çıxıb.
50-ci – yubiley oyununda əldə olunacaq qələbə də əlamətdar olacaq. Belə ki, 19 qələbə və eyni sayda məğlubiyyəti olan millimiz yubileyin astanasındadır.
Qələbə, həm də Avropa çempionatlarında baş məşqçi Joze Alessionun rəhbərliyi altında qazanılan 10-cu uğur olacaq. Braziliyalı millimizi çıxardığı 16 görüşdə 9 qələbəyə sevinib.
Millimiz dünya və Avropa çempionatlarında
|
Dünya çempionatları |
14 |
5 |
3 |
6 |
55-49 |
18 |
|
Avropa çempionatları |
35 |
14 |
8 |
13 |
121-117 |
50 |
|
Cəmi |
49 |
19 |
11 |
19 |
176-166 |
68 |