60-cı məğlubiyyət
10.09.2014 - 00:01
60-cı məğlubiyyət

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin son oyunu Azərbaycan yığması üçün “yubiley" olub. Apasport.az saytının məlumatına görə, komandamız rekord əldə edə bilməyib.

 

Belə ki, Rio-Mayorda Portuqaliya yığması ilə keçirilən qarşılaşmada 2:1 hesabı ilə uduzan  komandamız tarix yazmaq imkanını qaçırıb.

 

Seçmə mərhələlərdə 82-ci qarşılaşmasına çıxan yığmamız məğlub olduğu üçün “yubiley”ə imza atıb. 10-cu qələbə və 60-cı məğlubiyyətin astanasında olan yığmamız ikincini əldə edib.

 

İndiyədək komandamız 9 dəfə 3 xala, 13 dəfə bərabərliyə sevinibsə, 60 dəfə məğlubiyyət acısı yaşayıb. Bu qarşılaşmalarda 44 qol vuran yığmamız 190 topa üzülüb.

 

60-cı məğlubiyyətdə ilk qolumuz da yubiley xarakteri daşıyıb. Almaniyalı baş məşqçi Bernard Lippertin rəhbərliyi altında 25-ci dəfə rəqib qapısına yol tapmaq mümkün olub. Onun baş məşqçi olduğu 26 matçda 25 dəfə fərqlənən millimiz 55 top buraxıb. Bu görüşlərdə 5 qələbə və eyni sayda bərabərliyə sevinən futbolçularımız 17 dəfə uduzub.

 

AVRO-2011-in seçmə mərhələsində 8 qol vuran yığmamız həmin rekordunu təkrarladığından mütləq nailiyyət üçün portuqaliyalıları 1 dəfə məyus etmək kifayətdi idi ki, komandamız da bunu bacarıb.