66 ay əvvəlki kimi
12.03.2015 - 13:50
Bu gün açıqlanan FİFA-nın milli komandalar üçün reytinq cədvəlində 8 pillə geriləyən Azərbaycan yığması 139-cu pillədə qərarlaşıb. Apasport.az saytının məlumatına görə, komandamız sonuncu dəfə 5 il 6 ay əvvəl belə aşağı mövqedə yer almışdı.
66 ay əvvəl - 2009-cu ilin sentyabrında açıqlanan cədvəldə də millimiz indiki kimi 139-cu yerdə idi. Həmin ilin iyulunda da yığmamız eyni mövqedə yer almışdı.
Millimizin indikindən də pis vəziyyətdə olmasına isə sonuncu dəfə 2009-cu ilin iyununda təsadüf olunub. Onda yığmamız siyahının 140-ci pilləsində qərarlaşmışdı.
0
0