Çempionlar Liqasının 1/8 final mərhələsinin daha 4 iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV turunun ikinci oyun günündən sonra 4 komanda ilk iki pillədən birini tutacağını rəsmiləşdirib.
“Bavariya” (Almaniya) E qrupunda I yeri təmin edibsə, “Porto” (Portuqaliya) H qrupunda ilk iki pillədən birində qərarlaşacaq. PSJ (Fransa) və “Barselona” (İspaniya) isə F qrupunda digər iki rəqibi üçün əlçatmaz olub.
Qeyd edək ki, ilk oyun günündə 2 komanda – “Real” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya) 1/8 finala yüksəlmişdi. Ümumilikdə isə artıq 6 klub bu vəzifənin öhdəsindən gəlib.