Sabah 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri Moldovada bu ölkədən olan həmyaşıdları ilə görüşəcək.
AVRO-2015-in seçmə mərhələsində mübarizəni davam etdirən yığmamız növbəti matçlara hazırlıq məqsədilə Tiraspolda qüvvəsini sınayacaq. “Şerif” klubunun idman kompleksində baş tutacaq qarşılaşma millimizin 2014-cü ildə keçirəcəyi 5-ci matç olacaq.
Lakin Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində keçirilən 4 yoxlama oyununda millimiz daha çox eksperimental heyətlə çıxış etmişdi. Qonşu ölkədə yerli “Antalyaspor” klubunun U-21 komandasını 5:3, Qazaxıstan və Küveytdən olan həmyaşıdlarını isə 1:0 və 2:1 hesabı ilə yenən komandamız Sinqapurun əsas millisi ilə heç-heçə etmişdi – 1:1.
Tiraspolda keçiriləcək matç Azərbaycan və Moldovanın U-21 yığmaları arasında 8-ci oyun olacaq. Əvvəlki 7 qarşılaşmada 2 qələbə və 2 heç-heçəsi olan millimiz 3 dəfə meydanı məğlub tərk edib. Bu görüşlərdə 6 qolun sevincini yaşayan futbolçularımız 9 top buraxıb. Yalnız 1 seçmə mərhələdə yolları kəsişən komandalar AVRO-2002-yə gedən yolda 2 dəfə üz-üzə gəlib. Bakıda qolsuz heç-heçənin qeydə alındığı mərhələdə Moldova öz meydanında 1 qolla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan və Moldova milliləri arasında son yoxlama oyunu 2012-ci il noyabrın 14-də baş tutub və rəqiblər heç-heçə ilə ayrılıb – 1:1.
Yoldaşlıq oyunu
5 mart
17:00. MOLDOVA (U-21) – AZƏRBAYCAN (U-21)
Baş hakim: Sergey Derenov
Baş hakimin köməkçiləri: Filip Aleksançin, Denis Qala
Dördüncü hakim: Yuri Kovtun (hamısı Moldova)
Tiraspol. “Şerif” İdman Kompleksi
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”