8 məlum, 6 naməlum
09.09.2014 - 08:30
8 məlum, 6 naməlum

21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin 8 iştirakçısı məlumdur. Apasport.az saytının məlumatına görə, sentyabrın 8-də baş tutan qarşılaşmalardan sonra qalibi müəyyənləşən qrupların sayı 8-ə çatıb.

 

Artıq İngiltərə, Danimarka, Slovakiya, İspaniya, Xorvatiya, Almaniya, Portuqaliya, Fransanın pley-offda oynayacağı dəqiqdi. 7-ci qrupda Polşa, İsveç, Yunanıstan və Türkiyə, 9-cu qrupda isə Belçika, Serbiya və İtaliya 1-ci yer şanslarını qoruyur. Bu qruplarda son matçlar bu gün keçiriləcək.

 

Pley-offa 2-ci yerlə çıxacaq ən yaxşı göstəriciyə malik 4 komanda olmağa iddiaçılar arasında isə Rusiya, Hollandiya, Ukrayna, İsrail və İslandiya mililəri olacaq. 4 xoşbəxtin adına isə qrup mərhələsinə yekun vurulandan sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, Azərbaycan yığmasının yer aldığı 8-ci qrupda da son oyunlar bu gün keçiriləcək. Lakin bu qrupda Portuqaliya 1-ci, İsrail 2-ci yeri təmin edib.