“Mançester Yunayted”dən 30 milyonluq təklif
08.08.2015 - 15:07
“Mançester Yunayted” “Barselona”nın yarımmüdafiəçisi Pedro Rodrigesdən əl çəkmir. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “mankunianlar” növbəti dəfə qarşı tərəfin qapısını döyüb.
Anxel di Mariyanı PSJ-yə satan İngiltərə təmsilçisi bu boşluğu məhz Pedro ilə doldurmaqda israrlıdı. Lui van Qalın komandası “Barselona”ya bu dəfə transfer müqabilində 30 milyon avro təklif edib və ispanların cavabını gözləyir.
Qeyd edək ki, Pedro Rodriges “Barselona”nın yetirməsidi və 2008-ci ildən bu klubun əsas komandasında çıxış edir.
0
0