“Çelsi”də yeni müqavilə
29.10.2015 - 21:56
“Çelsi”də yeni müqavilə

Londonun “Çelsi” klubu yarımmüdafiəçi Ramireslə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

 

Braziliyalı futbolçu ilə əldə olunmuş yeni anlaşmaya əsasən o, 2019-cu ilə kimi “zadəganlar”ın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, 2010-cu ildən londonluların şərəfini qoruyan Ramiresin əvvəlki müqaviləsi 2017-ci ilə kimi nəzərdə tutulmuşdu.

 

“Çelsi” forması ilə 241 oyuna çıxan braziliyalı 33 qola imza atıb.