[b]Debütantı dayandıran tapıldı[/b]
02.05.2016 - 00:14
[b]Debütantı dayandıran tapıldı[/b]

Topaz Premyer Liqasının XXXII turu başa çatdı. Apasport.az saytının məlumatına görə, turun qapanış matçı olan “Zirə” – “Qarabağ” (0:2) oyunu ağdamlıların çempionluğu rəsmiləşdirməsindən əlavə, həm də meydan sahiblərinin bu mövsümün ilk matçında bəri davam edən evdə yenilməmək seriyasının qırılması ilə də əlamətdar oldu.

 

Qeyd edək ki, ağdamlılara məğlubiyyətə qədər arxada qalan 31 tur ərzində öz meydanında 14 oyun keçirən debütant bu qarşılaşmalardan 11-də qalib gəlmiş (AZAL (1:0), “Rəvan” (2:1), “Neftçi” (2:0), “Sumqayıt” (3:2), “Xəzər Lənkəran” (1:0), “İnter” (2:1), “Rəvan” (2:1), “Neftçi” (3:0), AZAL (4:2), “Sumqayıt” (1:0), “Xəzər Lənkəran” (1:0) ), 3 matçda isə bərabərliyə razılaşmışdı (“İnter” (0:0), “Kəpəz” (2:2), “Qarabağ” (0:0) ).