[b]Milli üzvündən uğurlu debüt[/b]
16.10.2016 - 00:45
[b]Milli üzvündən uğurlu debüt[/b]

Portuqaliya kubokunda 1/32 final mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta” “Leiria” ilə qarşılaşıb.

 


İkincilərin meydanında keçirilən matçda yığma üzvü 90 dəqiqə meydanda olub.

 

Millimizin qapıçısı üçün Portuqaliya kubokundakı debüt uğurlu alınıb. Görüş “damalılar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, sözügedən komanda 1/16 finalda “Santa İria” - “Gimarayş” cütünün qalibi ilə üz-üzə gələcək.