İtaliyada 2017-ci ilin yekunları ilə bağlı maraqlı yazı dərc edilib. Apasport.az saytı xəbər verir ki, A-dan Z-yə qədər sıralanan ilin önəmli məqamları arasında “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı da var.
Belə ki, həmkarlarımız “Roma”nın Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanmasını məhz Ağdam təmsilçisi ilə əlaqələndiriblər: “Azərbaycan çempionunun “Atletiko”nu hər iki oyunda büdrətməsi “canavarlar”ın yolunu açdı. “Roma” da “Qarabağ”dan 6 xal alaraq, qrup səddini aşdı və xəyallarını davam etdirdi”.
Ümumiyyətlə, 21 maddədə verilən ilin önəmli hadisələrindən yalnız 6-sı futbolla əlaqəlidi. Bunlar arasında İtaliya millisinin dünya çempionatından kənarda qalması, İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkionun istefası və VAR sisteminin ölkədə tətbiqi də yer alıb.
Qeyd edək ki, “Roma” “Qarabağ”ı Azərbaycanda 2:1, İtaliyada isə 1:0 hesabı ilə məğlub etmişdi.