Foqts Dubay toplanışına yeni futbolçular çağırdı
01.03.2014 - 10:36
Foqts Dubay toplanışına yeni futbolçular çağırdı

Bu gün Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının xəbərinə görə, almaniyalı baş məşqçi Berti Foqts Dubay hazırlıqlarına 28 futbolçu çağırıb. Bunlardan 20 nəfəri səhər saatlarında səfərə çıxıbsa, daha 8 futbolçu ehtiyat heyətdə yer alıb.
 

Almaniyalı çalışdırıcının ötən il noyabrın 15-də Tallinndə Estoniya, noyabrın 19-da isə Bişkekdə Qırğızıstan yığması keçiriləcək görüşlər üçün çağırdığı heyətlə müqayisədə, bir sıra dəyişikliklər var.

Belə ki, Tuğrul Erat, Abdulla Abasıyev və Elvin Yunuszadəni ilk dəfə əsas milliyə cəlb edən Foqts, Kamran Ağayev, Araz Abdullayev, Qara Qarayev, İlkin Qırtımov, Murad Ağayev, Aqil Məmmədov və Novruz Məmmədova da dəvət göndərib. Əvəzində, Səlahət Ağayev, Fərhad Vəliyev, Mahir Şükürov, Vurğun Hüseynov, Makism Medvedev, Əfran İsmayılov, Əli Gökdemir və Taşkın İlker kənarda qalıb.
 


Qapıçılar: Kamran Ağayev, Anar Nəzirov (hər ikisi “Qəbələ”)

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Elvin Yunuszadə (“Neftçi”), Elnur Allahverdiyev (“Qəbələ”) Ruslan Əmircanov (“İnter”), Ufuk Budak (“Qaziantep” BB, Türkiyə), İlkin Qırtımov (“Simurq”)

Yarımmüdafiəçilər: Ruslan Abışov (“Rubin”, Rusiya), Qara Qarayev (“Qarabağ”), Abdulla Abasıyev (“İnter”), Cavid Hüseynov (“Bakı”), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi”)

Hücumçular: Vaqif Cavadov (“İnter”), Rauf Əliyev (“Bakı”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfat Dadaşov (“Kaizerslautern” II, Almaniya), Tuğrul Erat (“Fortuna Düsseldorf”, Almaniya)

Ehtiyat oyunçular: Aqil Məmmədov (“Bakı”), Vladimir Levin (“Qəbələ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Novruz Məmmədov (“Rəvan”) Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) Murad Ağayev (AZAL), Vüqar Nadirov (“Qarabağ”), Pərdis Fərcad-Azad (“Sumqayıt”)