Moldovalı baş məşqçi: Azərbaycanlı oyunçular çox texnikalıdırlar
05.03.2014 - 22:34
Moldovalı baş məşqçi: Azərbaycanlı oyunçular çox texnikalıdırlar

 

 

21 yaşadək futbolçulardan ibarət Moldova millisinin baş məşqçisi Aleksandr Kurteyan Azərbaycanla oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı oyunçuları yüksək dəyərləndirən baş məşqçi komandasının da pis oynamadığını vurğulayıb.

 

Kurteyan hesabın ədalətli olduğunu qeyd edib: “Bizim qol vurmaq şanslarımız daha çox idi. Amma həmişə olduğu kimi çoxlu vəziyyət yaratsaq da, qol vura bilmirik. Oyundan isə bir qədər məyusam. İstədiyimiz hər şeyi edə bilmədik. İkinci hissənin əvvəlindəki bəzi epizodlarda pis oynamırdıq. İyun oyunlarına optimizmlə baxırıq”.

 

Moldovalı məşqçi Azərbaycan yığma komandasının oyunçularını da tərifləyib: “Biz müdafiədən hücuma keçməyi meydanın rəqibə aid hissəsində başlamağa çalışırdıq. Mübarizəyə girişərək rəqibə mane olmaq, onun hücumunun qarşısını almaq istəyirdik. Çox texnikalı oyunçular olan Azərbaycan futbolçularına hücum qurmağa mane olurduq».