İspaniya çempionatının 29-cu turunda keçiriləcək “Real Madrid” – “Barselona” matçının hakimi bəlli olub. Apasport.az saytının məlumatına görə, oyunu Alberto Undiano Malenko idarə edəcək.
Oyun martın 24-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Malenko birinci dövrədə “Barselona” – “Real Madrid” matçını da idarə edib. 2013-cü il oktyabrın 26-da keçirilən həmin oyun Kataloniya komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniya çempionatında 27 turdan sonra turnir cədvəlinə 67 xalla “Real” başçılıq edir. İkinci yeri 64 xalla “Atletiko Madrid” tutur. 2Barselona” isə 63 xalla üçüncü pillədə qərarlaşıb.