Dieqo Kosta: Həzz almalıyıq
12.03.2014 - 04:19
Dieqo Kosta: Həzz almalıyıq

“Atletiko Madrid”in hücumçusu Dieqo Kosta Çempionla Liqasının 1/8 final oyununda “Milan” üzərində qələbədən danışıb. Apasport.az saytının məlumatına görə, Kosta növbəti turda kiminlə görüşəcəklərindən narahat olmadıqlarını bildirib.

 

“Biz bugünkü qələbədən həzz almalıyıq. Bizə növbəti raunda kiminlə görüşəcəyimiz üzərində düşünmək lazım deyil. Növbəti raunda ancaq güclü komandalar qalacaq. Bizə bu gün o qədər də asan deyildi. Amma biz çox gözəl oyun keçirtdik” – deyə, hücumçu fikrini tamamlayıb.