“İtaliya futbolu yaxın illərdə zirvəyə qayıtmayacaq”
13.03.2014 - 07:53
“İtaliya futbolu yaxın illərdə zirvəyə qayıtmayacaq”

Tanınmış futbol agenti Mino Rayola İtaliya futbolunda münasibətlər sistemini kəskin tənqid edib. Apasport.az saytının məlumatına görə, Mario Balotellinin nümayəndəsi A seriyasının müasir futboldan xeyli geridə qaldığını bildirib.

 

Rayola futbolun cəmiyyətin güzgüsü olduğunu vurğulayıb: “Bu, İtaliyaya da aiddir. İtaliya futbolu o qədər siyasiləşib ki, klublar heç cürə müasir dövrə qədəm qoya bilmirlər. Yeni stadion tikmək üçün heç cürə torpaq sahəsi ayırmaq istəməyən bir çox siyasətçinin müqavimətini qırmalısan. Pullar heç də lazım olan yerə xərclənmir. İtaliyada infrastruktur dəyişməlidir, gənclər komandalarının məşqçiləri başqa cür işləməlidirlər. Ancaq o zaman İtaliya futbolu zirvəyə qayıda bilər. Yaxın bir neçə ildə isə bu baş verməyəcək”.