“Futbolçularımızın yorğunluğu da buna təsir etdi”
10.09.2014 - 09:38
“Azərbaycanla oyunun müəyyən hissələrində o qədər də yaxşı oynamadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Rui Jorje deyib.
Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunu (3:1 )haqda fikirlərini açıqlayıb: “Bu da tempi aşağı salmağımızla bağlı idi. Futbolçularımızın yorğunluğu da buna təsir etdi. Lakin əvəzetmələrlə oyunda yenidən dönüş yarada bildim. Nəticədə istədiyimizə nail olub, qalib gəlməyi bacardıq”.
0
0