AZAL Qəbələyə getdi
08.10.2014 - 19:15
AZAL Qəbələyə getdi

Topaz Premyer Liqasının VIII turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, yığma komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan “təyyarəçilər” bu məqsədlə yoldaşlıq oyunu da keçirəcək.

 

AZAL oktyabrın 9-da "Qəbələ" ilə qarşılaşacaq. Bu məqsədlə komanda artıq Qəbələyə yollanıb. Bu gün Qəbələ şəhər stadionunda məşq edəcək AZAL sabah saat 16:00-da yoxlama matçında meydana çıxacaq.