“Biz yalnız bir ay proqrama başlamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının baş məşqçisi Antonio Konte deyib.
Bu gün AVRO-2016-nın seçmə mərhələsində yığmamlz İtaliya ilə üz-üzə gələcək.
Palero şəhərində Bakı vaxtı ilə 23:45-də başlayacaq oyunöncəsi təcrübəli mütəxəssis yerli mətbuata açıqlama verib: “Bu gecə futbolçularımın Azərbaycanla oyunda yaxşı çıxış edəcəyinə inanıram. Komandamın oyunu ilə İtaliya ölkəsi fəxr edəcək. Əminəm ki, oyunçularım bu matçda qələbə üçün mümkün olan hər şeyi edəcəklər. İtaliya dörd dəfə dünya çempionu olub. Unutmayın ki, “Skuadra Adzurra” son mundialda uğursuz çıxış etdi və hələ də bir çox oyunçular bunu yaddaşlarından silə bilməyib. Mən isə bunu onların beyinlərindən silib atmaq istəyirəm”.