Braziliya yığması Argentinaya qalib gəldi
11.10.2014 - 19:30
Bu gün Braziliya millisi ilə Argentina yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, qarşılaşma Çinin paytaxt Pekin şəhərində baş tutub.
Maraqlı keçən oyunda “sambaçılar” 2:0 hesabı ilə qalib gəlib. Hesabı 28-ci dəqiqədə “Anji”nin üzvü Dieqo Tardelli açıb. Fasiləyə məğlub durumda yollan argentinalılar ikinci yarıda daha bir dəfə mərkəzdən başlamağa məcbur olublar. Yenə Rusiya Premyer Liqasında top qovan Tardelli fərqlənib.
Qeyd edək ki, Braziliya oktyabrın 14-də Yaponiyanı, Argentina isə Honkonq yığmasını sınağa çəkəcək.
0
0