Birinci divizionda bir oyununun başlama vaxtı dəyişdirildi
23.10.2014 - 19:01
Futbol üzrə Azərbaycan I divizionunda VIII turun “Şəmkir” – “Mil-Muğan” oyununun başlama vaxtı dəyişdirilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, matç saat 15:00-da başlanacaq.
Qeyd edək ki, “Şəmkir” – “Mil-Muğan” qarşılaşması oktyabrın 26-da keçiriləcək.
26 oktyabr (bazar)
“Şəmkir” – “Mil-Muğan”
Hakimlər: Anar Niyazov, Habil Əliyev, Ruslan Babayev, Samir Hüseynov
Hakim-inspektor: Namiq Qasımov
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu, 15:00
0
0