“Bu gün göstərdiyimiz oyun gələcəyə ümid verir. Çünki daha çox özümüzdə top saxlaya bilirdik, yerlə ötürmələrə üstünlük verirdik”. Apasport.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Rauf Əliyev deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Norveçə 0:1 hesabı ilə uduzan yığmamızın üzvü matç haqqında fikirlərini bildirib.
Forvard komandamızın məğlubiyyətə layiq olmadığını dilə gətirib: “Məncə, topa nəzarət baxımından üstünlük bizdə idi. Məğlub olmuşuq və hər kəs üzgündü. Amma qarşıdakı matçlarda daha yaxşı olacağına ümidimiz var. Fikrimcə, məğlubiyyətə də layiq deyildik. Əlimizə qol vurmaq üçün imkanlar da düşdü. Sadəcə, istifadə etmək lazım idi ki, bunu bacarmadıq. Səhvlərimiz üzərində işləyib növbəti ildə keçiriləcək oyunlarda daha yaxşı çıxış etməliyik”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı