“2015-ci il başlayandan bu yana Avropanın ən yaxşı komandası “Arsenal”dı”. Apasport. az saytının məlumatına görə, bu sözləri “topçular”ın aparıcı üzvü Teo Volkott səsləndirib.
O, klubun rəsmi səhifəsinə açıqlamasında bildirib ki, Premyer Liqada turnir cədvəlinin ikinci pilləsinə çatmaqlarını kimsə gözləmirdi: “Bu bizim üçün uğurdu. Xüsusilə, mövsümün ortasından başlayaraq əla futbol sərgiləməyə başlamışıq”.
Volkott, il boyu bir çox futbolçunun aldığı zədə nəticəsində çempionluq yarışından uzaq düşdüklərini vurğulayıb. Onun fikrincə, həmin zədələr olmasaydı, Çempionlar Liqasında da irəliləmək mümkün idi.
Xatırladaq ki, “Arsenal”ın yarımmüdafiəçisi dizində yarandığı problemlər səbəbindən, mövsümün əksər qarşılaşmalarında komandasına kömək edə bilməyib.