PSJ-də çıxış edən Edison Kavaninin atası oğlunun gələcək karyerası barəsində açıqlamalar verib. Apasport.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, ata Kavani oğlunun “Yuventus”da oynamaqda maraqlı olduğunu, ancaq bunun üçün PSJ-nin də fikrinin əsas olduğunu deyib:
“Edison İtaliyaya qayıtmaq istəyirmi? Ən yaxşısı bu barədə PSJ-yə sual vermək lazımdır ki, onu satmaq niyyətləri varmı?
“Yuventus” yaxşı komandadır, İtaliyanın ən yaxşısıdır, ancaq biz hələ onunla bu barədə danışmamışıq. Fransada mövsümün bitməsini gözləyirik. Yalnız bundan sonra biz turinlilərlə danışığa hazır olacağıq”.