“Akademiyada yetişən futbolçuların hesabına oynayırıq”
09.04.2015 - 19:49
 “Akademiyada yetişən futbolçuların hesabına oynayırıq”

Topaz Premyer Liqasının XXIX turunda iddialardan uzaq “Sumqayıt”  “Bakı” qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb. Apasport.az saytının PFL-ə istinadən verdiyi məlumata əsasən, görüşdən sonrakı mətbuat konfransında hər iki klubun məşqçiləri maraqlı fikirlər səsləndirib.

 

“Bakı”nın baş məşqçisi  İbrahim Uzunca bildirib ki, hər iki 45 dəqiqədə sürətli futbolun şahidi olublar: ”Oyunda qol vuran komanda qalib gələcəkdi. Hər iki klub çox yaxşı mübarizə apardı. Biz akademiyada yetişən oyunçuların hesabına çıxış edirik. Hazırda oyun baxımından əsas problemimiz qol epizodları vaxtı tez düşünməməyimizdi”.

 
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov isə meydanda iki bərabər səviyyəli komandanın mübarizə apardığını deyib: “Qələbə qazanmaq istəyirdik. Bir top yekun hesabı müəyyənləşdirəcəkdi. Düşünürəm ki, nəticə oyuna görə oldu”.