“Neftçi”nin növbəti transferinin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Rusiyanın “Yenisey” klubundan azərbaycanlı futbolçu alacaqlarını iddia edən Böyükağa Hacıyevin kimi nəzərdə tutduğu bəlli olub.
Bu oyunçu mövsümün ilk yarısını II divizionun Şərq zonasında çıxış edən “Saxalin”də keçirən Azər Əliyevdir. 20 yaşlı yarımmüdafiəçi bu ayın əvvəlində “Yenisey”ə qaytarılıb. “Saxalin”dəki ilk yarıda isə 10 matçda iştirak edən Əliyev start heyətində meydana çıxdığı görüşlərdə 6 qol vurub. Azər hətta bir müddət zonanın bombardirləri yarışına da başçılıq edib və 2013-cü ilin sentyabrında ən yaxşı futbolçu seçilib.
Qeyd edək ki, karyerasına “Yenisey”də başlayan orta sahə oyunçusu 2012/13 mövsümündə I divizionda 3 oyun keçirib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”