“Porto”dan “Atletiko”ya transfer olunan Kolumbiya yığmasının futbolçusu Cekson Martines eks klubuna 30 milyon avro və daha artıq qazandıran 9-cu futbolçu olub. Apasport.az saytının məlumatına görə, madridlilərə 35 milyon avroya başa gələn 28 yaşlı hücumçudan əlavə daha 8 futbolçu öz keçidləri ilə “Porto”ya sərvət qazandırıblar.
|
Futbolçu |
Keçdiyi klub |
Transfer qiyməti / milyon avro |
Keçid ili |
|
Rikardo Karvalyo |
“Çelsi” |
30 |
2004 |
|
Pepe |
“Real” Madrid |
30 |
2006 |
|
Anderson |
“Mançester Yunayted” |
32 |
2007 |
|
Radamel Falkao |
“Atletiko Madrid” |
45 |
2011 |
|
Halk |
“Zenit” |
40 |
2012 |
|
Xames Rodriges |
“Monako” |
45 |
2013 |
|
Eyakim Manqalya |
“Mançester Siti” |
30.5 |
2014 |
|
Danilo |
“Real” Madrid |
31.5 |
2015 |