“Sent-Etyen”in futbolçusu “Qarabağ”la oyundan danışdı
21.11.2014 - 19:13
 “Sent-Etyen”in futbolçusu “Qarabağ”la oyundan danışdı

“Qarabağ”la oyunda səhv etsək, bizə baha başa gələcək”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun yarımmüdafiəçisi Faben Lemuen deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 27-də “Qarabağ”ı qəbul edəcək Fransa klubunun futbolçusu matç haqqında danışıb.

O bildirib ki, “Qarabağ”la qarşılaşmada məğlub olsalar, bu, çox pis nəticə sayılacaq: “Bizim çətin qrafikimiz var. “Nant”, “Qarabağ” və “Lion”la oynayacağıq. Hər üçü çətin oyundu. Amma Avroliqa turnirində “Qarabağ”a uduzmamalıyıq. Həm doğma meydanda oynadığımız, həm də növbəti mərhələyə çıxmaq şansımızı yüksəltmək üçün bu komandaya qalib gəlməliyik. Düzdü, çox çətin olacaq. Amma Azərbaycan klubuna uduzsaq, bu bizim üçün çox pis nəticə sayılacaq”.

 

Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” matçı noyabrın 27-də saat 00:05-də Sent-Etyen şəhərindəki “Joffrua Qişar” stadionunda start götürəcək.