“Ağ-qaralar”dan 7-ci çempionluq
14.05.2015 - 08:15
“Ağ-qaralar”dan 7-ci çempionluq

Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Serbiya çempionatının sonuna 2 tur qalmış qızıl medalların sahibi bəlli olub.

 

Səfər oyununda “Napredak”a 2:0 hesabı ilə qalib gələn “Partizan” çempion adını qazanıb. 28 turdan sonra xal hesabını 69-a çatdıran Belqrad klubu əzəli rəqibi “Srvena Zvezda” üçün əlçatmaz olub.

 

İzləyicisi ilə xal fərqini 11-ə çatdıran “Partizan” 7-ci dəfə Serbiya çempionu olub. “Ağ-qaralar” buna son 8 mövsümdə nail olub.

 

Qeyd edək ki, “Partizan” Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq.