“Anderlext” 2-ci pilləyə yüksəldi
02.11.2015 - 08:28
“Anderlext” 2-ci pilləyə yüksəldi

Belçika çempionatında XIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Anderlext” öz meydanında “Muskron”la qarşılaşıb.

 

Brüssel klubu bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisinin hər iki qolunu Endi Najar vurub. O, 52-ci dəqiqədə hesabı açıb və 90-cı dəqiqədə matçda son nöqtəni qoyub.

 

Bu qələbədən sonra xal hesabını 30-a çatdıran “Anderelxt” 2-ci pilləyə yüksəlib. Buna liderlərdən biri olan “Ostende”nin “Şarlerua” ilə səfər matçındakı xal itkisi (1:1) səbəb olub. Bundan yararlanan “Gent” vahid liderliyi ələ keçirib.