“Araz-Naxçıvan” fəaliyyətini dayandırdı
03.11.2014 - 12:56
“Araz-Naxçıvan” fəaliyyətini dayandırdı

Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" PFK bu gündən etibarən fəaliyyətini dayandırıb. Apasport.az-ın məlumatına görə, bu məlumatı klubun rəsmi saytı açıqlayıb.
 

Xəbərlə bağlı geniş məlumat açıqlanmasa da, bu ildən Premyer Liqaya qayıdan klubun mübarizəni yarımçıq dayandırdığı bildirilir.

 

Böyük ehtimalla buna komandanın uğursuz çıxışı səbəb olub. Premyer Liqada 10 oyunda cəmi 4 xal toplayan naxçıvanlılar ardıcıl 9 matçdır qələbə qazana bilmir. Son turun “Qarabağ”la oyunundakı 0:4 hesablı məğlubiyyət  isə bu uğursuzluqlar seriyasında sonuncu olub.