“Araz-Naxçıvan” futbolçularını geri çağırır
04.11.2014 - 13:58
“Araz-Naxçıvan” futbolçularını geri çağırır

Fəaliyyətini dayandıran “Araz-Naxçıvan” futbolçularına Naxçıvana gəlməyi tapşırıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XI turunda “Qarabağ”la oyundan sonra istirahətə çəkilən futbolçular klubun ofisinə getməlidilər.

 

Buna səbəb futbolçuların sənədlərinin, transfer vərəqələrinin özlərinə qaytarılmasıdı.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” dünən rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda rəsmən fəaliyyətini dayandırdığını açıqlayıb. Naxçıvan təmsilçisi bugünkü bəyanatında isə çempionatdan imtinasının səbəblərinə aydınlıq gətirməyə çalışıb.