Topaz Premyer Liqasında çıxışını yarımçıq dayandıran “Araz-Naxçıvan” bu taleyi yaşayan ilk Azərbaycan klubu deyil. Apasport.az saytının məlumatına görə, ölkə çempionatları tarixində mövsümü sona çatdıra bilməyən komandaların sayı yetərincə olub.
Lakin onlardan çoxu marafonu yarıladığından nəticələri saxlanılıb və sonrakı matçlarda texniki məğlubiyyət alıb. Naxçıvan təmsilçisi isə Premyer Liqada cəmi 10 matç duruş gətirib. Bu üzdən də həmin qarşılaşmaların nəticələri ləğv edilib.
Belə hal isə çoxdandı yaşanmırdı. Nəticələri ləğv olunan son komanda 2003-cü ildə bu taleyi yaşamışdı. 11 il əvvəl Bakının “Ümid” klubu maliyyə böhranında çabalaya-çabalaya “can vermişdi”.
Ümumiyyətlə isə 22 illik çempionatlar tarixində 6-cı dəfə bir klub yolu yarılamamış çıxışını dayandırdı. İndiyədək 3 paytaxt və 3 əyalət klubu bu aqibətlə üzləşib.
Nəticələri ləğv olunan komandalar
1992. “Gənclik” (Nəvahi)
1994/95. “Azneftyağ” (Bakı)
1995/96. “Pambıqçı” (Bərdə)
1997/98. “Xəzri” (Buzovna)
2003/04. “Ümid” (Bakı)
2014/15. “Araz-Naxçıvan” (Naxçıvan)
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı