“Araz”ın UEFA Kubokundakı oyunlarının vaxtı bilindi
28.10.2014 - 09:53
“Araz”ın UEFA Kubokundakı oyunlarının vaxtı bilindi

Futzal üzrə UEFA Kubokunun elit mərhələsinin oyunlarının keçirilmə vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mərhələnin C qrupu istisna olmaqla digər 3 qrup oyunlarının hansı tarixdə keçiriləcəyi artıq bəllidir.

 

B qrupunda yarışacaq 10 qat ölkə çempionumuz “Araz” ilk görüşünü Slovakiyanın “Slov-Matik” klubuna qarşı keçirəcək. Növbəti görüş qrupun favoritlərindən sayılan Rusiyanın “Dina” klubu ilə olacaq. Naxçıvan təmsilçisinin son görüşü isə meydan sahibi olan və təmsil etdiyi şəhərin adı ilə “Xrudim” kimi də tanınan Çexiyanın “Era-Pak” klubuna qarşı baş tutacaq.

 

UEFA Kuboku

Elit mərhələ

B qrupu

18 noyabr

18:30 “ARAZ” – “Slov-Matik”

21:00 “Era-Pak” – “Dina”

 

19 noyabr

18:30 “Era-Pak” – “Slov-Matik”

21:00 “Dina” – “ARAZ”

 

21 noyabr

18:30 “ARAZ” – “Era-Pak”

21:00 “Slov-Matik” – “Dina”

 

Qeyd edək ki, bütün oyunlar Çexiyanın Pardubitse şəhərində keçiriləcək. Qarşılaşmalar bu şəhərin “ÇEZ Arena”sında baş tutacaq.