“Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdir. Düşündüyümüz oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu deyib.
Topaz Premyer Liqasının X turunda keçirilən oyunda “Qəbələ” səfərdə “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Rumıniyalı çalışdırıcı bildirib ki, rəqibin itirəcəyi bir şey yox idi: “Belə komandalar təhlükəli olur. Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq. Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq, oyunu sakit izləyə bilərdik”.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA