“Arsenal” iki futbolçusunu itirdi
29.10.2015 - 21:13
“Arsenal” iki futbolçusunu itirdi

Londonun “Arsenal” klubu iki ciddi itki ilə üzləşib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, “topçular”ın iki gənc futbolçusu Aleks Oksleyd – Çemberlen və Teo Uollkot zədələnib.

 

İngiltərə mətbuatı iddia edir ki, Uollkotun “məcburi istirahəti” 2 həftə davam edəcək. Çemberlenin nə zaman sağalıb sıraya dönəcəyi haqqında dəqiq məlumat verilmir.