“Arsenal” Peter Çexə görə məşqçisini qovdu
20.06.2015 - 18:42
Londonun “Arsenal” klubu qapıçılarla işləyən məşqçi Toni Robertsi işdən qovub. Apasport.az saytının “İndependent”ə istinadən məlumatına görə, buna səbəb bu yaxınlarda “Arsenal”a keçəcəyi gözlənilən Peter Çexin istəyi olub.
Belə ki, Britaniya mətbuatına inansaq, “topçular” çexiyalı qapıçının istəyi ilə onun şəxsi məşqçisi Kristof Lollikonu işə dəvət edib.
Toni Roberts isə bundan sonra “Suonsi”nin uğurları üçün çalışacaq.
0
0