“Arsenal” və “Mançester Yunayted”i bəyənmədi, klubu ilə təkrar anlaşdı
15.06.2015 - 18:50
“Arsenal” və “Mançester Yunayted”i bəyənmədi, klubu ilə təkrar anlaşdı

Almaniyanın “Şalke” klubunun kapitanı Benedikt Hövedes komandası ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, bu barədə helzenkirhenlilərin idman dirketoru Horst Heldt açıqlama verib.

 

Bir sıra Avropa klublarının, xüsusilə də “Arsenal” və “Mançester Yunayted”in yaxından maraq göstərdikləri 27 yaşlı müdafiəçi buna baxmayaraq doğma klubunda qalmağı üstün tutub.

 

Xatırladaq ki, Almaniya milli komandasının da formasını geyinən müdafiəçi “Şalke”nin heyətində 2007-ci ildə debüt edib. Bu müddətdə o, Almaniya Kuboku, Almaniya Super kuboku qazanıb, eyni zamanda milli komanda ilə 2014-cü ildə Dünya Çempionu olub.

 

Qeyd edək ki, Hövedesin yeni müqaviləsi 2017-ci ilə kimi nəzərdə tutulub.