“Atletiko” “Yeni Aquero” üçün 20 milyon ödədi
22.06.2015 - 18:22
“Atletiko” “Yeni Aquero” üçün 20 milyon ödədi

“Atletiko Madrid” klubu Mario Mancukiçi “Yuventus”a satdıqdan sonra onun yerinə hücum planında komandanı gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “hindular” Pato və Cekson Martineslə anlaşdıqdan sonra “Vilyareal”ın argentinalı hücumçusu Lusiano Viettonun da keçidini həll edib.

 

İspaniya mətbuatı tərəfindən “Yeni Aquero” olaraq adlandırılan 21 yaşlı hücumçu “qırmızı – ağlar”a 20 milyon avroya  başa gəlib.

 

“Vilyareal”ın prezidenti Fernando Roiq transfer haqqında açıqlama verərək futbolçunun “Ateletiko”ya satıldığını deyib.