“Atletiko” Kokenin transfer qiymətini açıqladı
21.04.2015 - 14:02
“Atletiko” Kokenin transfer qiymətini açıqladı

“Atletiko” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Koke ilə vidalaşmağa hazırdı. Apasport.az saytının məlumatına görə, madridlilər gənc yarımmüdafiəçinin transfer qiymətini də açıqlayıblar.

 

Kokeni heyətinə qatmaq istəyən klub 70 milyon avrosundan keçməlidi. İspan futbolçu ilə “Çelsi” yaxından maraqlanır. Ancaq londonlular Kokeni transfer etmək üçün rəqabətdən qalib ayrılmalıdılar. Çünki sözügedən xavbeklə “Barselona” da danışıq aparır.

 

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, cari mövsümdə 31 oyunda 3 qola imza atıb.