“Atletiko” kolumbiyalı futbolçu ilə anlaşdı
23.06.2015 - 23:52
“Atletiko” kolumbiyalı futbolçu ilə anlaşdı

“Portu”nun kolumbiyalı hücumçusu Cekson Martinez “Atletiko” ilə anlaşıb. Apasport.az saytının “Calciomercato”ya istinadən məlumatına görə, bu barədə futbolçunun agenti Luis Enrike Pompeo açıqlama verib.

 

Kolumbiyalı hücumçu “hindular”la 4 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, futbolçu ilə “Milan” da ciddi maraqlanırdı, ancaq Qallianinin bütün cəhdlərinə baxmayaraq Martinez ispan klubuna keçməyi üstün tutub.