“Atletiko” Kurtuanı dəyişə bilər
14.03.2014 - 07:53
“Atletiko” Kurtuanı dəyişə bilər

“İnter”in 29 yaşlı qapıçısı Samir Xandanoviç yayda komandasını dəyişə bilər. Apasport.az saytının məlumatına görə, sloveniyalı ilə Madridin “Atletiko” klubu maraqlanmağa başlayıb.

 

Madrid klubu komandanın əsas qapıçısı Tibo Kurtuanı növbəti mövsüm üçün “Çelsi2dən ala bilməsə, qapıçı axtarmaq məcburiyyətində qalacaq. Xatırladaq ki, “Atletiko”da icarə əsasında çıxış edən Kurtuanın “Çelsi” ilə müqaviləsi var. Buna görə də, madridlilər artıq indidən qapıçı axtarışına çıxıblar.

 

Xandanoviçin “İnter”lə müqaviləsi 2017-ci ilin yayına qədər nəzərdə tutulub.