19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı baş məşqçi Patrisiya Qonsales Avropa çempionatının seçmə mərhələsində güvənəcəyi futbolçuların siyahısını müəyyənləşdirib.
Bakıda keçiriləcək seçmə oyunlarında çıxış edəcək 18 futbolçu arasında İspaniya klublarından dəvət olunan milliləşən legionerlər də yer alıb. “Rayo Valekano”, “Atletiko” kimi klublar da millimizdə təmsil olunub: Aytac Şərifova, Kamilla Məmmədova, Aysun Əliyeva, Jalə Məhsimova (“Səbail”), Zülfiyyə Bayramova (“Xaçmaz”), Lusia Sançes, Yaiza Relea (hər ikisi “Rayo Valekano”, İspaniya), Vesela Borukova (“Lerida”, İspaniya), Samara Ortis, Malena Ortis (hər ikisi “Kanillas”, İspaniya), Gülənbər Qasımova (UGİM, Qax), Şəfəq Nəsirova, Nigar Cəlilli (hər ikisi “Fidan”), Natalia Loa (“Atletiko”, Madrid, İspaniya), Canan Berna Yigin(“Vasalund”, İsveç), Maya Dangadze (“İmereti”, Gürcüstan), Suqra Xəlilova (“Zaqatala”), Melis Sarıaltın (“Köln”, Almaniya).
Mənbə: affa.az