“Atletiko”da ciddi itki
30.01.2014 - 21:33
“Atletiko”da ciddi itki

“Atletiko”nun təcrübəli müdafiəçisi Filipe Luis növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ötən gün İspaniya kuboku çərçivəsində keçirilən “Atletik” matçında zədələnib.

 

Tibbi müayinədən keçən Luisin 6 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir. Bununla da, o, İspaniya kubokunu yarımfinalındakı “Real” və Çempionlar Liqasındakı “Milan” matçlarında komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Braziliya millisinin də üzvü 2010-cu ildə digər İspaniya klubu “Deportivo”dan Madrid klubuna keçib.