“İndidən nəsə söyləmək çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasında “Qarabağ”ın rəqibi “İnter”in futbolçusu Hernanes deyib.
“88” nömrəli oyunçu Milan klubunun İtaliya A seriyasındakı uğursuz çıxışını dəyərləndirib: “Hədəfimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdır. A seriyası çox çətin bir yarışdır. Lakin biz məqsədimizə çatacağıq. Bunun üçün bütün matçlarda qazanmaq üçün döyüşmək gərəkdir. Ölkə kuboku ilə yanaşı, Avropa Liqasını da mümkün qədər qazanmaq istəyirik. Məqsədimizə çatmaq üçün də əlimizdən gələni edirik”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda Milnada “İnter”ə 2:0 hesabı ilə uduzub.