“Azərbaycan çempionatına və bu ölkəyə artıq uyğunlaşmışam”. Apasport.az saytının məlumatına görə, bu sözlər AZAL-ın qapıçısı Stanislav Namaşkoya məxsusdu.
Moldova mətbuatına açıqlama verən “təyyarəçilər”in qolkiperi cari mövsümü dəyərləndirib.
O, uğurlu oyunlar keçirdiyini bildirib: “Komandada hər şey normaldı. Oyun praktikası baxımından da heç bir problemim yoxdu. Çünki bu mövsüm AZAL-ın heyətində 20-dən çox oyunda iştirak etmişəm. Deyərdim ki, mövsüm mənim üçün uğurlu keçdi. Lakin çox təəssüf ki, avrokuboklara vəsiqə qazana bilmədik. İndi məqsədimiz mövsümü major notlarla bitirməkdi”.