“UEFA kubokunu qazanmaq iddiasındayıq. Bakıda keçiriləcək “Dördlər finalı”nda məqsədimiz Avropanın ən güclüsü olmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya millisinin və “Barselona”nı futzalçısı Serxio Lozano deyib.
25 yaşlı hücumçu UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı” barədə fikirlərini açıqlayıb. Aprelin 24-də baş tutacaq yarımfinalda Azərbaycan çempionu “Araz”la qarşılaşacaq kataloniyalıların liderlərindən biri olan Lozano Naxçıvan təmsilçisindən çəkindiklərini etiraf edib: “Bu uğur 2013/14 mövsümündə ilk titulumuz olacaq. Yarımfinaldakı rəqibimiz “Araz” çox güclü komandadır. Onların son nəticələri də bunu göstərir. Lakin bu qarşılaşmayadək hələ vaxtımız var. Rəqibin oyununu təhlil edəcək, onların güclü və zəif nöqtələrini müəyyənləşdirəcəyik. Lakin bir şey dəqiqdir ki, bizim üçün çox çətin olacaq. Bu üzdən də belə matç öncəsi azarkeşlərimizə heç nə vəd edə bilmərəm”.
Qeyd edək ki, “Araz”la indiyədək 2 dəfə qarşılaşan “Barselona” bu oyunlarda uduzmayıb – 262 və 7:1.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi