“Azərbaycan millisi ilə matçda qol imkanları qaçırmayacağam”
09.06.2015 - 08:55
“Azərbaycan millisi ilə matçda qol imkanları qaçırmayacağam”

“İsveçlə qarşılaşmada qol vurmağıma bir az bəxtsizlik, bir az da bacarıqsızlıq mane oldu. Əldə etdiyim qol imkanları zamanı düzgün qərar vermədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Aleksander Soderlund deyib.

 

28 yaşlı hücumçu İsveçlə yoldaşlıq oyunu (0:0) haqda fikirlərini açıqlayıb, qol vura bilməməsinə təəssüfləndiyini qeyd edib. O bildirib ki, AVRO-2016-nın seçmə mərhələsinin iyunun 12-də keçiriləcək Azərbaycanla matçında daha effektli oynamağa çalışacaq: “Bu görüşdə qol vurmadığıma təəssüflənirəm. Amma öz üzərimdə bundan sonra da çalışacağam. Növbəti oyunumuz Azərbaycana qarşıdı. Həmin matçda qol imkanları qaçırmayacağam. Komandamızda çox sayda yaxşı hücumçular var. Lakin mən də çalışıb, heyətdə yerimi möhkəmlətmək üçün əlimdən gələni edəcəyəm”.

 

Qeyd edək ki, Soderlund millidə 19 oyun keçirib.