“Azərbaycan millisindən başqa istənilən rəqiblə oynayarıq”
10.06.2015 - 14:39
“Azərbaycan millisindən başqa istənilən rəqiblə oynayarıq”

Qazaxıstan millisi futzal üzrə Avropa çempionatının pley-off mərhələsində Azərbaycan yığması ilə qarşılaşmaqdan çəkinir. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan Futzal Assosiasiyasının prezidenti Lev Kim deyib.

 

O, bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək AVRO-2016-nın pley-off mərhələsinin püşkatması ilə bağlı istəklərini açıqlayıb. Kim  mümkün rəqiblərdən yalnız birini arzuolunmaz komanda adlandırıb: “Püşklə bağlı qabaqcadan nə isə demək istəmirəm. Açığını deyim ki, istənilən rəqiblə oynayacağıq. Amma püşkün bizi üz-üzə qoya biləcəyi bir komanda ilə görüşməyimizi istəmirəm. Bu, Azərbaycan millisidi.  Tarix belədi ki, bu komanda bizim üçün qeyri-münasib rəqibdi”.

 

Qeyd edək ki, 2 ay əvvəl Qazaxıstan millisinin baş məşqçisi Kakau da yığmamızı arzuolunmaz komanda adlandırmışdı.